Ermənistanda qubernator da istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda qubernator da istefa verdi

Siyasət

01 Dekabr 2020 11:39 604


Ermənistanın Sünik vilayətinin qubernatoru  Unan Poqosyan vəzifəsindən istefa verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediasına qubernatorun məsləhətçisi Armne Avaqyan bildirib. Unan Poqosyan bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun istefasının səbəbi bilinmir. Bəzi iddialara görə, Unan Poqosyanın vəzifədən getməsi Paşinyana etiraz aktıdır.

Bir müddət əvvəl Davit Bek icmasının rəhbəri Beniamin Poqosyan demişdi ki, Sünik vilayətindən 300 hektar ərazi Azərbaycana verilib. pizza

“Təxminən 300 hektar ərazini də becərə bilmərik, sərhəd xəttindədir, onlar artıq bu ərazidən istifadə edə bilərlər, biz istifadə edə bilmərik. Bizim tərəfdədir, lakin bu əraziyə heç bir mexanizm daxil edə bilmərik ki, şumlayaq və ya əkək, Azərbaycanın nəzarəti altındadır”, - deyə o bildirmişdi.

İcma rəhbəri qeyd etmişdi ki, əvvəllər həm də kəndin heyvanları kənddən 100 metr o tərəfdə yerləşən, rəqibin ərazisi olmuş hissədə otlayırdılar, amma indi bu da mümkün deyil.

Unan Poqosyanın istefasında bu amilin də rol oynadığı barədə ehtimallar var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!