Əsgərin intiharı ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Əsgərin intiharı ilə bağlı cinayət işi açıldı

Hadisə

05 İyun 2022 16:58 1049


Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə məlumat yayıb.

Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Sezar pizza

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!