Etirazçı ermənilər Qafanda avtomobil yolunu bağladılar -   Video

saytların hazırlanması

Evə çatdırılma

Etirazçı ermənilər Qafanda avtomobil yolunu bağladılar - Video

Siyasət

17 Dekabr 2020 15:36 968


Ermənistanın Sünik vilayətinin sakinləri Qafanda yerləşən hava limanına gedən yolu bağlayıblar.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, onlar sərhədlərin təhlükəsizliyindən narahatdırlar.

Aksiya iştirakçıları bildirir ki, üçtərəfli bəyanatda tərəflərin öz mövqelərində dayanmağı qeyd edilib. Amma son proseslər bunun əksnini göstərir. Pepperoni pizza

“Biz zəmanət verilməlidir ki, sabah burada atışma olmayacaq”, - deyə etirazçılardan biri bildirib.

Onlar aksiyanı konkret cavab alana qədər davam etdirmək istəyirlər. Hadisə yerində polis qüvvələri cəlb edilib. Aksiya iştirakçıları ilə danışıqlar səmərə vermir. Onlar cavab alana qədər yolu açmayacaqlarını bildirir.

Bu arada məlumat yayılıb ki, Ermənistanın Müdafiə naziri də Sünikə gəlib. Erməni mediasının yazdığına görə, ora gəlişi sərhədlərin delimitasiyası ilə bağlıdır.

Ermənistan cəmiyyətində narahatlıq var ki, sərhədlərin delimitasiyası Zəngəzur mahalının da əldən çıxması ilə nəticələnə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!