Faktiki hava: Şimşək çaxıb, leysan yağıb 

saytların hazırlanması

Evə çatdırılma

Faktiki hava: Şimşək çaxıb, leysan yağıb 

Sosial

11 İyun 2024 12:17 273


İyunun 11-i saat 11:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda 2 mm, İsmayıllı, Daşkəsən, Tovuz, Göygöl, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.  Dördpendirli pizza

Biləsuvar, Lerik, Qrızda duman müşahidə olunub. 

Qərb küləyi arabir Göygöl, Daşkəsəndə 20 m/s, Astara, Lerikdə16 m/s-dək güclənib. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26-30, Naxçıvan MR-da 27-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 16-20 dərəcə isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!