Naftalan şəhərində dələduzluq edən "falçı" ifaş olunub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R.Əliyeva Naftalan şəhərinə gələrək vətandaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Toyuqlu pizza
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verlib.
Telegram kanalımız