Ermənistan hakimiyyəti qərar verməlidir ki, onlar Aİ üzvlüyünə namizəd olmaq istəyirlər, ya yox?
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye bildirib.
O izah edib ki, bu, hüquqi, rəsmi prosesdir və bu gün Ermənistan hakimiyyəti bu tələbi formalaşdırmayıb. pizza
Səfirin sözlərinə görə, Ermənistan son illər Roma Statutunun ratifikasiyası, Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan dövlətlərdən birinə çevrilməsi kimi cəsarətli qərarları ilə demokratiyanı gücləndirmək, qanunun aliliyini inkişaf etdirməklə öz seçimində Avropaya üz tutub.
Dekotini vurğulayıb ki, Ermənistan tərəfində Avropa ilə real yaxınlaşmanı müşahidə etmək olar:
“Ermənistanın Avropa ilə yaxınlaşması artıq başlanmış bir prosesdir. Prezident Makron tərəfindən təmsil olunan Fransa sözün geniş mənasında Aİ ölkələrindən başqa, bir qitə olaraq Avropanı maraqlandıran mövzular üzərində işləmək təşəbbüsü ilə çıxış edib. Söhbət Ermənistanın üzvü olduğu və onun iclaslarında iştirak etdiyi Avropa siyasi birliyindən gedir”.
Telegram kanalımız