Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Kiçik Qaramurad kəndində QAZ markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. pizza mizza
Telegram kanalımız