Gəncə şəhərində qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib. pizza sifarişi
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, 34 yaşlı Yeganə Hümbətova bıçaqla öldürülüb. Qətli törətməkdə şübhəli bilinən şəxsin isə onun həyat yoldaşı 38 yaşlı Elşən Quluyev olduğu müəyyənləşib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.
Telegram kanalımız