Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsinin   TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI

Kriminal

14 Mart 2023 00:30 1046


Gəncədə qadının qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Yenisabah.az xəbər verir ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı - Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Dominos pizza

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!