Gömrük Komitəsində qalmaqal: “Siz öz ananızı, bacınızı belə təbrik edirsiniz?”

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsində qalmaqal: “Siz öz ananızı, bacınızı belə təbrik edirsiniz?”

Sosial

09 Mart 2024 10:33 14014


Dövlət Gömrük Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarını təbrik edib. Qurumun təbriki publik formada olub və ciddi ictimai müzakirələrə zəmin yaradıb. 

Yenisabah.az bildirir ki, təkcə sadə vətəndaşlar deyil, çox sayda mütəxəssis də Komitənin seçdiyi təbrik formasını məqbul saymayıb. Sözügedən videoya münasibət bildirən bir çox həkim və psixoloq bu “təbrik”in xanım əməkdaşlara stress yaşatdığını bildiriblər. İddia ediblər ki, zərif cinsin nümayəndələrinə qarşı bu münasibət onlara ciddi stress yaşatdığı üçün gələcəkdə müxtəlif xəstəliklərə tutulmalarına səbəb ola bilər. 

Qeyd edək ki, bu məsələ ötən gündən bəri sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. Şəbəkə istifadəçiləri dövlət qurumunda qadınlara belə ciddi stress yaşatmağın yolverilməz olduğunu bildirirlər. Bu “zarafat”ın yersiz olduğunu vurğulayan vətəndaşlar məsuliyyətin birbaşa DGK rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıblar.  Sezar pizza

Bəzi sosial şəbəkə istifadəçiləri isə DGK rəhbərliyinə bu məzmunda suallar ünvanlayıblar: “Siz öz ananızı, bacınızı bu cür təbrik edərdiniz?” 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cahane Gahramanova
    Burada gabartmaga bir şey yoxdu,sadəcə yanlış bir yontem,fergli olsun istəmişlər
    2 years ago
  • İlahe
    Cox möhteşem alınıb burda şisirdecek bir sey yoxdur sadece zarafat meqsedli olub
    2 years ago
  • Rauf
    Yazığ işçilər..nələr yaşayırlar orda..
    2 years ago
  • Vusal
    Xanımlar o gül sizlere baha başa oturacaq ona görədə o cür sözlərlə sizi xəbərdarlıq etdilər
    2 years ago
  • Cəlil Məmmədquluzadə
    Bu zarafat hər hansı Nehrəmli - donqili generalın işi ola bilər!
    2 years ago
  • Samir
    Vaxtilə"konvert"deyilən bir mükafat vardısa indi bunun yerini bucür qabağdangəlmişlik əvəzləyib.Yəni "ay Allah yaxşı qurtulduğ????????‍⚕️????"deyib kifayətlən prinsipi
    2 years ago
  • yamən
    Yeni sabah qaşınmayan yerdən qan çıxarırsınız. Zarafat səmimiyət olan yerdə olur.
    2 years ago
  • Ülviyyə İsgəndərova
    Dəfədir baxdım. Çox qorxulu anlar idi. Nələr yaşadılar bir neçə dəqiqələrdə????
    2 years ago
  • Ülviyyə İsgəndərova
    İş olan yerdə səhv olmalıdır. Amma işdə elə səhvlər olurki, o ,SƏHV' yox qanunsuzluq olur. İndi bə'zi xanımlar həmin ,SƏHV' DƏN DOLAYI ÇOX QORXDULAR. Bir gün bu zarafat gerçək ola bilər. Ehtiyyatlı olun!????????
    2 years ago
  • Qaqa
    Lazımsız və dəyərsiz üslub......
    2 years ago
  • İsmayil
    Yəni bu xəbər olduqca yersizdir. Orda da qeyri-etik heç nə yoxdur. Sadəcə fərqli tərzdə təbrik olub. Və olduqca da ela alınıb. Ara qatmayın
    2 years ago