“Rusiyanın dövlət televiziyaları Bakıda keçirilən möhtəşəm paradı görməzlikdən gəldilər. Görünür, erməniləri “incitmək” istəməyiblər”.
Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Rusiyanın məşhur qəzetləri isə heç dəxli olmayan məsələləri şişirtməyə çalışıblar: Marqarita pizza
“Kommersant” yazıb ki, paradda Azərbaycan prezidenti şən görünərkən, Türkiyə prezidentinin guya kefi yox idi. “Moskovski komsomlets” isə yazıb ki, guya Ərdoğan paradda gördüyündən şoka düşüb və Azərbaycan Ordusunun hərbi texnikasına “paxıllıq” edib. Paxıl sizlərsiz ki, saxta informasiyalar əsasında yazılar yayınlamaqla iki qardaş dövlətin münasibətlərinə şübhə toxumu səpmək istəyirsiniz. Alınmaz”.
Telegram kanalımız