Göygöldə 4 uşaq zəhərlənib.
Yenisabah.az xəbər verir ki, TƏBİB məlumat yayıb.
Uşaqlar müalicə üçün Bakıya gətiriliblər. Onlar saçlarına vurulan bit əleyhinə dərmandan zəhərləniblər. Marqarita pizza
2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
"Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri sabitdir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir", - deyə TƏBİB-dən bildirilib.
Telegram kanalımız