Göyçay rayonunda kütləvi dava olub, 5 nəfər xəsarət alıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə fevralın 13-də günorta saatlarında baş verib. Göyçay şəhərində 5 nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar - Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb. pizza sifarişi
Telegram kanalımız