Gürcüstan Müdafiə Nazirliyi Amerika hərbi bazasının bu ölkədə yerləşdirilməsi ilə bağlı danışıqlara başlaması barədə məlumatı təkzib edib.
Yenisabah.az xəbər verir ki, bu barədfə məlumatı müxalif “Mtavari Arxi” televiziya kanalı yayıb.
Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Bu məlumatı siyasi qərəzi olan şəxs yayır, daha sonra onu müəyyən media orqanları və siyasi fəaliyyətlə məşğul olan şəxslər dezinformasiya kampaniyası aparmaq üçün istifadə edib”. Pepperoni pizza
Bir gün əvvəl “Mtavari Arxi” telekanalı xəbər vermişdi ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamazdan bir neçə ay əvvəl Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin hakim “Gürcü arzusu” partiyasına amerikalı hərbçilərin yerləşdirilməsi ilə bağlı danışıqlar aparmağı təklif edib. Ostin Gürcüstan hakimiyyəti tərəfindən rədd cavabı alıb, lakin bu fakt Gürcüstan hakimiyyəti tərəfindən gizlədilib.
Telegram kanalımız