Gürcüstanda çevriliş hazırlanır - DTX

Gürcüstanda çevriliş hazırlanır - DTX

Dünya Veb saytların hazırlanması

18 Sentyabr 2023 15:49 424


Gürcüstanda zorakı hakimiyyət dəyişikliyi planlaşdırılır.

Yenisabah.az Georgia News-a istinadla xəbər verir ki, bu iddianı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fövqəladə bəyanat yayaraq irəli sürüb.

Bəyanatda deyilir: “Müəyyən bir qrup insan bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları planlaşdırır, son məqsəd hakimiyyətin zorakılıqla dəyişdirilməsidir”.

Sənəddə qeyd olunur ki, bu müddət təsadüfi seçilməyib, çünki bu zaman Avropa Komissiyasının aralıq və yekun hesabatları dərc edilməlidir. "Sui-qəsdçilərin gözləntisi nəticənin mənfi olmasıdır.

DTX-nın bəyanatda deyilir ki, “müəyyən şəxslər”in Gürcüstanın “rusiyapərəst” hökumətin mövcudluğu tezisindən istifadə edərək sosial iğtişaşlar hazırlayan informasiya şəbəkəsi var.

Planın hazırlanmasında iştirak edənlər arasında Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidze və Ukraynada döyüşən gürcü legionunun komandiri Mamuka Mamulaşvilinin adı çəkilib.

DTX-nın rəyincə, planın icrası xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə həyata keçiriləcək. “Təşkilatçılar 2014-cü ildə Ukrayna Avromaydanına bənzər ssenarinin mümkünlüyünü nəzərdən keçirirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!