Ukrayna Gürcüstanın adını rəsmən Sakartvelo olaraq dəyişdirməyi planlaşdırır.
Yenisabah.az "Sputnik"ə istinadla xəbər verir ki, təklif Ukrayna parlamentindən gəlib.
Qanun layihəsi bu ölkə parlamentinin rəsmi saytında dərc olunub.
Bu sənədə əlavə edilən izahatda deyilir: “Qanun layihəsinin məqsədinə nail olmaq üçün Ukraynada rəsmi səviyyədə, rəsmi yazışmalarda və söhbətlərdə, eləcə də kütləvi informasiya vasitələrində Gürcüstanın əvəzinə Sakartvelo rəsmi və tarixi titulundan istifadə edilməsi nəzərdə tutulur” .
Eyni zamanda, Gürcüstan xalqının “Kartulis” adlandırılması təklif olunur.
Telegram kanalımız