Hava şəraiti ilə bağlı önəmli açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə bağlı önəmli açıqlama

Sosial

28 Oktyabr 2024 09:53 10211


Bu gün  Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.  Cənub-şərq küləyi 5-10 m/s.  Havanın temperaturu gündüz 14-17° isti, axşam  12° isti olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gündüz 15-20° isti, dağlarda gündüz 2° şaxtadan 3°-dək isti olacaq. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!