Həbs olunan terrorçu danışdı: “Pula görə...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Həbs olunan terrorçu danışdı: “Pula görə...” - VİDEO

Kriminal

23 Mart 2024 15:59 3569


Sağ ələ keçən terrorçulardan biri ilkin ifadəsində bu qətliamı 500 min rubl qarşılığında etdiyini bildirib.

Dediyinə görə, anonim şəxs ona teleqram üzərindən yazaraq bu terroru sifariş edib.

“Yeni Sabah” bildirir ki, əməliyyatçıların suallarına cavab verən şəxs deyib ki, bir ay əvvəl onun Teleqram kanalına mesaj yazan naməlum şəxslər ona pul təklif edərək belə bir terror aktı törətməsini təklif ediblər və pulun yarısını köçürüblər. Şəxsin dediyinə görə, əməliyyatdan sonra pulun yerdə qalanlarını da köçürəcəkmişlər. O, kartını təqib zamanı meşədə itirdiyini deyib. pizza

Saxlanılan şəxs terror aktında istifadə edilən silahların "onlar tərəfindən" verildiyini və insanları güllələməyi tapşırdıqlarını bildirib. Adının Şamsoddin olduğunu deyən şəxs 1998-ci il təvəllüdlü olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!