Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılması barədə xəbər yayılmışdı.
Onların cinayət işlərinə xitam verilərək barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edildiyi bildirilirdi. Qeyd olunurdu ki, Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri ləğv edilib.
Yenisabah.az xatırladır ki, məhkəmə prosesi keçirilmədən azadlığa çıxdığı iddia olunan gömrük polkovniklərindən biri – Rəşad Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur. O, 20 ilə yaxın gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi olub. Dominos pizza
Rəşad Babayev sözügedən idarədə rəis müavini vəzifəsində çalışıb.
Aldığımız məlumata görə, bu xəbər həqiqəti əks etdirmir. Rəşad Babayevin hazırda istintaq təcridxanasında olduğu bildirilir.
Telegram kanalımız