Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
Yenisabah.az Unikal-a istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yeni komandanı general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.
Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib. pizza mizza
Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Telegram kanalımız