Hətta Türkiyədə də ermənilərə uduzuruq - Ekspert 

saytların hazırlanması

Evə çatdırılma

Hətta Türkiyədə də ermənilərə uduzuruq - Ekspert 

Sosial

16 Aprel 2024 15:06 297


Mətbəximizin, mədəniyyətimizin təbliği ilə Turizm Agentliyi məşğul olmalıdır, amma təəssüf ki, bunu etmir. 

Bu sözləri Kult.az-a açıqlamasında mətbəximizin xarici ölkələrdə kifayət qədər təbliğ olunmaması ilə bağlı kulinarist Tahir Əmiraslanov deyib. 

“Sizə deyim ki, Türkiyə həm də dünyada elə öz mətbəxinə görə tanındı. Bu, birmənalı təbliğatla bağlıdır. Konkret olaraq ekspansiv təbliğat lazımdır. Məsələn, Fransa, İtaliya bunu edir. Yunanıstanda, İtaliyanın özündə bir ildə 600-ə yaxın mətbəx festivalı keçirilir. Dünyanın harasına getsəniz, türk mətbəxini də görə bilərsiniz. Təbliğat başqa necə olur ki? Məsələn, Əminə Ərdoğan “Türk mətbəxi” adında kitab çap edir. Bundan böyük təbliğat varmı? Bizdə bununla bağlı işlər görülüb, amma bilinən və bilinməyən səbəblərdən yarımçıq qalıb. Heydər Əliyevin 2000-ci ildə bununla bağlı 596 nömrəli sərəncamı var idi. Orada xarici ölkələrin böyük şəhərlərində Azərbaycan mətbəxi, restoran şəbəkələrinin yaranması ilə əlaqədar bir bənd var idi. Amma bunu həyata keçirmədilər. Hətta hansı ölkəyə getsəniz, elə qardaş Türkiyədə də, “erməni mətbəxi” görəcəksiniz. Halbuki o mətbəxin ermənilərə aidiyyəti yoxdur. Neçə ildir, ermənilərin yemək iddiaları ilə bağlı bir cavab kitabı belə çıxmır. Niyə? Axı dövlət bu agentliyi həm də bundan ötrü yaradıb”.  Marqarita pizza

Ekspert bildirib ki, bunun bir günahı da azərbaycanlıların özündədir: 

“Azərbaycanlılar xaricə gedəndə Azərbaycan mətbəxini az axtarırlar. Xaricdə görsələr ki, hər gələn bu mətbəxi axtarır, tələbat var, mütləq Azərbaycan yeməklərini də menyularına daxil edərlər. Bilirsiniz, adicə bir yalanı belə daim deyəndə həqiqətə çevrilir. Ermənilər bütün məsələlərdə, o cümlədən mətbəx söhbətlərində bununla məşğuldurlar. İctimai təşkilatlar dövlət tərəfindən doğru yönəldilməlidir, real işlər görülməlidir. Hər dəfə niyə belədir, niyə yoxdur sözləri ilə şikayətlənsək də, heç nə əldə edə bilməyəcəyik“. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!