Mayın 22-də saat 00:45-də DSX "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı, 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.
Yenisabah.az xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. Dominos pizza
Telegram kanalımız