Hindistanda qayıq batdı: 10 uşaq itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda qayıq batdı: 10 uşaq itkin düşdü

Dünya

14 Sentyabr 2023 15:12 409


Hindistanda 30 şagirdin olduğu qayıq batıb. 

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Hindistanın Bihar əyalətinin Müzəffərpur şəhərində 30 şagirdin olduğu qayığın Baqmati çayında batması nəticəsində 10 uşağın itkin düşdüyü bildirilib.

“The Times of India” qəzetinin məlumatına görə, səlahiyyətlilər şagirdləri daşıyan kiçik qayığın yerli vaxtla saat 10.30-11.00 radələrində Baqmati çayında çevrildiyini açıqlayıb. pizza mizza

İlkin məlumata görə, qayıqda olan 30 uşaqdan 20-si xilas edilib, itkin düşən 10 şagirdin axtarış-xilasetmə işləri davam etdirilir.

Əyalət Baş Naziri Nitish Kumar "Axtarış-xilasetmə işləri davam edir. Ştat hökuməti hadisə nəticəsində zərər çəkmiş ailələrə lazımi yardımı göstərəcək" , deyə açıqlama verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!