"Oskar" mükafatlı amerikalı aktyor Metyu Makkonahi qadın futbol komandasından bəhs edən “The Dallas Sting” idman dramında rol alacaq.
Yenisabah.az "Deadline"a istinadla xəbər verir ki, filmin rejissoru Kari Skoqland olacaq.
Makkonahi məşqçi Bill Kinder rolunu ifa edəcək. pizza mizza
Film real hadisələrə əsaslanır və 1980-ci illərdən bəhs edir.
Çəkilişlər bu payızda Nyu-Orleanda başlayacaq.
Bu, 3 illik fasilədən sonra Hollivud ulduzunun ilk ekran işi olacaq.
Telegram kanalımız