Qəzzada davam edən hadisələr fonunda İsrailə qarşı tənqidlər səngimir. Bu dəfə sərt açıqlama ilə tanınmış ABŞ-li aktyor Mark Ruffalo gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, Hollivud ulduzu Mark Ruffalo İsrailin Baş naziri Benyamin Netanyahuya ünvanladığı paylaşımda onu kəskin sözlərlə tənqid edib.
Ruffalo sosial şəbəkədəki paylaşımında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Kərim Xanın vəzifədən uzaqlaşdırılmasını alqışlayan Netanyahuya cavab verib. O bildirib ki, bu qərar İsrailin Qəzzada törətdiyi iddia olunan müharibə cinayətlərini aradan qaldırmır. Sezar pizza
“Ədalətdən qaça bilməzsən. Tarixi dəyişə bilməzsən. Sən manyak qatilsən, Benyamin Netanyahu. Səni həmişə belə xatırlayacaqlar”, – deyə aktyor paylaşımında yazıb.
Qeyd edək ki, BCM-nin baş prokuroru olmuş Kərim Xan 2024-cü ilin mayında İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi verilməsi üçün müraciət etmişdi.
Daha sonra Kərim Xan barəsində irəli sürülən cinsi qısnama iddiaları fonunda 2025-ci ilin mayında könüllü şəkildə vəzifəsindən müvəqqəti ayrılmışdı. Mart ayında aparılan BMT araşdırması onun barəsində vəzifədən sui-istifadə faktı müəyyən etməsə də, BCM-yə üzv dövlətlərin nümayəndələri 24 iyul tarixində keçirilən gizli səsvermədə Xanın “ciddi vəzifə pozuntusu və sui-istifadə” etdiyi qənaətinə gələrək onun vəzifədən azad olunmasına qərar veriblər.
Kərim Xanın vəkilləri isə qərarın hüquqi prosedurlara uyğun qəbul edilmədiyini, müdafiə tərəfinə öz mövqeyini təqdim etmək imkanı verilmədiyini bildiriblər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız