Hövsanda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş Tərlan Məmmədovdur. Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb.
Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Pepperoni pizza
Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Telegram kanalımız