İbrahim Tatlısəsin dövlətə 120 milyon TL (təxminən 12 milyon manat) borcu olduğu iddia edilib.
Yenisabah.az xəbər verir ki, borclarını ödəməyən Tatlısəsin özü köhnə dostu müğənni Şivan Perverə də borcludur.
Hazırda bütün daşınar və daşınmaz əmlakına həbs qoyulub. Sezar pizza
Bəstəkar Onur Akay İbrahim Tatlısəsin əmlakı ilə bağlı həbs sənədlərini dərc edib. Bundan əlavə, o, müğənninin Şivan Perverə borclu olduğunu, Perverin isə Tatlısəsi məhkəməyə verdiyini təsdiqləyib:
"Onun dövlətə 120 milyon TL borcu olduğu barədə məlumat aldım. Bu borclara görə var-dövləti müsadirə edilən Tatlısəsin kürd sənətçinin hələ 2014-cü ildə İbrahim Tatlısəsə qarşı açdığı müəllif hüquqları ilə bağlı məhkəməyə verib və prosesi udub. Lakin İbrahim Tatlısəsin Perverə heç bir ödəniş etmədiyinə görə yeni məhkəmə davası açılıb".
İmamət İSMAYILOVA
Telegram kanalımız