İbtidai sinif müəllimlərinin   NƏZƏRİNƏ - Suallar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ - Suallar açıqlandı

Sosial

11 İyun 2024 19:17 350


İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.

Təhsil İnstitutundan Yenisabah.az-a verilən məlumata görə, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib. Pepperoni pizza

İmtahanın təfərrüatları:

• Müddət: 120 dəqiqə

• Ümumi sual sayı: 60

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25

Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25

Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

İbtidai sinif – Azərbaycan dili

İbtidai sinif – Riyaziyyat

Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!