İcra başçısından şəhid anasına sürpriz - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından şəhid anasına sürpriz - VİDEO

Sosial

04 İyul 2026 11:52 405


Masallıda şəhid anasının 80 illik yubileyi qeyd olunub.

“Yeni Sabah” xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Lürən kəndində Birinci Qarabağ müharibəsi şəhidi Faiq Şükürovun anası Cahan Şükürovanı 80 illik yubileyi münasibətilə ziyarət edib.

Rayon rəhbəri C. Şükürovanı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı və firavan həyat arzulayıb. pizza mizza

Cahan Şükürova isə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib, xoş arzulara görə təşəkkürünü ifadə edib.

Görüş zamanı icra başçısı və şəhid anası arasında maraqlı və səmimi dialoq qeydə alınıb. A.Əhmədov Cahan Şükürovanın səhhətini soruşub, onun vəziyyəti ilə maraqlanıb. İcra başçısı bir neçə gün öncə şəkər xəstəliyi səbəbindən halının pisləşdiyini deyən şəhid anasını xəstəxanaya aparmağı təklif edib. Araz Əhmədov vurğulayıb ki, o və onun timsalında rayonda yaşayan bütün şəhid valideynləri birbaşa özünün qayğısı və diqqəti altındadır. Cahan Şükürova nəcib yanaşmasına görə Araz Əhmədova dərin minnətdarlığını bildirib.

Həmin görüntüləri qədim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!