İkinci dəfə boşanırlar - Birgə fotolarını sildilər

saytların hazırlanması

Evə çatdırılma

İkinci dəfə boşanırlar - Birgə fotolarını sildilər

Şou

27 İyul 2022 22:35 1349


İkinci dəfə evlənən türkiyəli məşhur sosial media fenomeni Selin Ciğerci və Gökhan Çıra yenidən boşanmaq qərarına gəlib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, cütlük qərarını sosial şəbəkədə açıqlayıb.

Selin Ciğerci 4,5 milyon izləyicisi olan instaqram hesabında yazıb: “Evlilik, həyat yoldaşı olmaq, ailə qurmaq mənim ən çox sevdiyim dəyərlərdir. İki dəfə cəhd etdik, alınmadı. Həyat davam edir, edəcək”. pizza sifarişi

Çıra isə paylaşımında qeyd edib: “Böyük ümidlərlə ikinci dəfə cəhd etdik. Amma yenə də evlilik işini bacarmadıq. Bir-birimizi incitmək, üzmək ən böyük qorxumuzdur. Selin Ciğerci ilə bu gündən etibarən boşanmaq qərarına gəldik. Ümid edirəm ki, hər ikimiz üçün də yaxşı olar. Həyatımız boyu həmişə bir-birimizin dəstəkçisi və dostu olacağıq”.

Selin Ciğerci və Gökhan Çıra birlikdə olduqları fotoları da sosial media hesablarından siliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!