İlham Əliyev və xanımı Teymur Rəcəbovu təbrik ediblər

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və xanımı Teymur Rəcəbovu təbrik ediblər

Siyasət

03 Yanvar 2021 23:42 933


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu möhtəşəm qələbə münasibətilə təbrik ediblər.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik. pizza mizza

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!