İmişlinin Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvan oğurlanıb.
Yenisabah.az xəbər verir ki, şübhəli bilinən rayon sakini Şəmsi Əmirov heyvanı Sabirabad rayonu ərazisindəki mal bazarında satmaq istəyərkən saxlanılıb.
Ş.Əmirovun digər cinayət əməllərinin də üstü açılıb. O, tanışı Samir Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq fevral və may aylarında İmişli rayonunun Ağaməmmədli və Muradxanlı kəndlərinin ərazisindəki iki fərdi təsərrüfatdan bir iribuynuzlu və iki xırdabuynuzlu heyvan oğurladıqları və həmin heyvanları sataraq əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. Toyuqlu pizza
İmişli RPŞ-də cinayət işi başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız