İmişlidə oğurluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə oğurluq edən şəxs saxlanıldı

Kriminal

06 Fevral 2024 09:33 826


İmişlidə oğurluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şübhəli Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Marqarita pizza

C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!