İmişlidə silahlı narkotik satıcıları ələ keçdilər

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə silahlı narkotik satıcıları ələ keçdilər

Kriminal

02 Mart 2024 23:10 1177


İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən altı kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin “TT” markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb. pizza sifarişi

A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!