İntihar edən əsgərlə bağlı   YENİ FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən əsgərlə bağlı YENİ FAKTLAR

Hadisə

05 İyun 2022 21:50 2755


Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsgəri Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.

Mərhum əsgərin yaxınları Modern.az-a bildiriblər ki, Səid Abdullazadə Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulub boya-başa çatıb.

Ailədə dörd uşaq olublar - 2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkən xidmət zamanı nədənsə şikayətinin olub-olmaması barədə danışmayıb. Dördpendirli pizza

Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər. 

Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.

Qeyd edək ki, əsgər Səid Abdullazadənin özünə qəsd etməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!