İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin İsrailin ABŞ-a qarşı provokasiya hazırlaması haqqında sözləri tam sərsəmləmədir.
Yenisabah.az Axar.az-a istinadla xəbər verir ki, bunu İsrail energetika naziri Yuval Ştaynits deyib.
“Əvvəla Tehran təhlükəsizlik, iqtisadiyyat sferasında məhdud şərtlər çərçivəsindədir. Biz Zərifin sərsəmləməsini eşidirik. Bu, tam sərsəmləmədir. Bu, xəbərdarlıq işarəsidir və İran bəhanə axtarır ki, İsrailə zərbə endirsin. İsrail əlini nəbzində tutmalıdır”, – deyə o bildirib. Toyuqlu pizza
Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın əlində ABŞ mövqelərinə İsrail agentləri tərəfindən hücum ediləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu demişdi. O bu hücumun müharibənin başlanğıcı üçün bəhanə olacağını bildirmişdi.
Telegram kanalımız