İran İsrailə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İran İsrailə xəbərdarlıq etdi

Dünya

28 İyul 2024 14:57 678


İran İsraili işğal altındakı Colan təpələrində Məcd əl-Şəms hadisəsi bəhanəsi ilə Livana qarşı hər hansı yeni avantüraya yol verməməsinə dair sərt şəkildə xəbərdarlıq edib.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani danışıb.

O, Livan "Hizbullah"ının bəyanatına və bu ölkənin bəzi yüksək vəzifəli rəsmilərinin Məcd əl-Şəmsə hücumda hər hansı rolu inkar edən mövqeyinə toxunub: pizza sifarişi

“Qəzza zolağında 10 aylıq qırğınlardan, fələstinli uşaq və qadınların qətliamından sonra, İsrail rejimi saxta ssenari ilə ictimai rəyi və dünyanın diqqətini Fələstində törətdiyi geniş cinayətlərdən yayındırmağa çalışır".

Xatırladaq ki, İsrail 12 uşaq və yeniyetmənin ölümü ilə nəticələnən raket hücumuna görə Livanın "Hizbullah" hərəkatını ittiham edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!