İran PUA qarşılığında Rusiyadan “Su-35“ alır - İddia

saytların hazırlanması

Evə çatdırılma

İran PUA qarşılığında Rusiyadan “Su-35“ alır - İddia

Dünya

03 Avqust 2022 17:30 1153


İran "Su-35" təyyarələrinə qulluq etmək üçün təlim keçəcək iranlı pilotlar və texniki işçilərlə birlikdə ilk döyüş PUA-larını Rusiya Federasiyasına göndərə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi üzrə Analitik İnstitutunun (ISW) məlumat yayıb.

Analitiklərin fikrincə, məlumat doğrudursa, o zaman İran pilotsuz uçuş aparatları müqabilində Rusiyanın "Su-35"-lərini ala bilər. Bu, Moskva və Tehranın iyulun 26-da imzaladığı sazişin bir hissəsi ola bilər. pizza mizza

ISW-nin fikrincə, İrandan Rusiyaya sərnişin reyslərinin artırılmasına dair razılaşma Tehran tərəfindən Rusiya təyyarələri almaq üçün istifadə ediləcək.

Bundan əvvəl İranın Mülki Aviasiya İdarəsinin nümayəndəsi Mirəkbərə Rəzəvi bildirmişdi ki, ölkəsinin hakimiyyət orqanları Rusiya Federasiyasına avadanlığın tədarükü və Rusiya avialaynerlərinə texniki xidmət haqqında sazişin təsdiq edilməsi barədə qərar qəbul edib.

Bundan əvvəl məlum olub ki, İranın Mülki Aviasiya İdarəsinin rəhbəri Məhəmməd Məhəmmədi-Bəxş və Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini anlaşma memorandumu imzalayıblar, buna əsasən iki ölkə arasında sərnişin reyslərinin sayı barədə razılıq əldə olunub. həftədə 35-ə qədər artırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!