İranla Ermənistan arasında Təbriz razılığı - Azərbaycanı 12 il gözlətmişdilər...

saytların hazırlanması

Evə çatdırılma

İranla Ermənistan arasında Təbriz razılığı - Azərbaycanı 12 il gözlətmişdilər...

Siyasət

27 Dekabr 2023 19:37 1446


İranda Ermənistan üçün bütün qapılar açıqdır.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Təbrizdə Ermənistanın konsulluğu açılacaq. İran Qafanda konsulluq açdığına görə, Tehran da Ermənistana Təbrizdə konsulluq xidməti açmağa şərait yaradıb. Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu. Müxtəlif bəhanələr gətirilirdi. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır. pizza sifarişi

Azərbaycanlıların şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılmasının Tehran və İrəvan üçün siyasi əhəmiyyəti var. Hər ikisi bölgədə azərbaycanlıların mövqelərinin güclənməsinə qarşıdır və bu mövzuda əməkdaşlıqlarını davam etdirirlər”, - ekspert bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!