İsmayıl Haniyə necə öldürülüb: DETALLAR 

saytların hazırlanması

Evə çatdırılma

İsmayıl Haniyə necə öldürülüb: DETALLAR 

Dünya

31 İyul 2024 09:28 640


Xəbər verdiyimiz kimi, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. 

Musavat.com xəbər verir ki, HƏMAS liderinin öldürülməsinin yeni detalları məlum olub. 

Belə ki, "Al Hadath" telekanalının məlumatına görə, raket zərbəsi endirilən zaman İsmayıl Haniyə yataq otağında olub.  pizza mizza

Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. 

Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, sui-qəsd yerli vaxtla gecə saat 02:00-da idarə olunan raketdən istifadə edilməklə həyata keçirilib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!