Fələstində 80 min insan Ramazan ayının ilk cümə namazını Məscidül-Əqsada birlikdə qılıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, fələstində Ramazan ayının gəlişi ilə ilk cümə namazını qılmaq istəyən vətəndaşlar Məscid-i Əqsaya axışıb.
İsrail qüvvələrinin bütün tədbir və maneələrinə baxmayaraq, 80 min fələstinli Məscidül-Əqsada toplaşaraq cümə namazını qılıb. Namaz bitdikdən sonra meydana toplaşan minlərlə insan İsrailin təcavüzünü pisləyən və müqavimət qruplarını işğalı cəzalandırmağa çağıran şüarlar səsləndirib pizza
Qeyd edək ki, Məscidül-Əqsa xətibi İkrime Səbri bildirib ki, Məscid-i Əqsaya gələn minlərlə insan İsrail təcavüzkarları və onların müttəfiqlərinə qarşı açıq mesaj verib.
Telegram kanalımız