İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyuldu

Dünya

08 Dekabr 2021 01:41 661


İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində iki evinə həbs qoyub.

Yenisabah.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə VTB-nin tərkibinə daxil olan VMT bankının mətbuat xidməti məlumat yayıb.

“VTB mövcud qanunvericilik çərçivəsində Telman İsmayılovun borcunun alınması üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, - bankın mətbuat xidmətindən bildiriblər. pizza mizza

Telman İsmayılov özü hazırda Monteneqrodadır və Rusiya hakimiyyəti onun ekstradisiyasını tələb edir. Rusiya Telman İsmayılovu 2017-ci ildə qiyabi həbs edib, o, 2018-ci ildən beynəlxalq axtarışdadır.

Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlinin təşkilində ittiham olunur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!