İsrailin döyüş təyyarələri SEPAH-ın avtomobil karvanını bombaladı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İsrailin döyüş təyyarələri SEPAH-ın avtomobil karvanını bombaladı - VİDEO

Hadisə

30 Yanvar 2023 08:38 1355


İsrail Hərbi Hava Qüvvələri İran ordusunun (SEPAH) yük maşını karvanını bombalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "sm.news" portalı yazıb. 

Məlumata görə, SEPAH-ın avtomobil karvanı İraq və Suriya sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında qeydə alınıb. Toyuqlu pizza

Bildirilir ki, silah və kamikadze dron daşıyan 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib. 

Hadisə yerində güclü yanğın baş verib.

Qeyd edək ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında da partlayışların baş verdiyi bildirilir. 

Məlumata görə, Mahabad şəhərində korpusun qərargahına hücumdan sonra yanğın baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!