“Ukrayna ərazisindən dəniz yolu ilə ərzaq ixracına başlamağa imkan verən İstanbul sazişi digər kateqoriyalı mallara da şamil edilməlidir”.
Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki, bu təkliflə Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Koçka çıxış edib.
O deyib: “Bu müqavilə logistikaya, Qara dənizdə gəmi daşımalarına aiddir. Taxılla dəmir filizi arasında nə fərq var?” pizza
Kiyev dəniz yolu ilə metal məmulatlarının ixracını bərpa etməkdə maraqlıdır.
Xatırladaq ki, iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara çıxarılmasına dair sənədlər paketi imzalanıb. Xüsusilə, Rusiya və BMT-nin imzaladığı memorandum sayəsində beynəlxalq ictimaiyyət qeyd olunan malların ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılmasına qoşulub. Digər sənəd Ukraynanın nəzarəti altında olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini təsdiqləyib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT arasında imzalanmış saziş əsasında taxıl gəmilərinin yoxlanılmasını təmin edəcək, eləcə də təxribatları dayandıracaq və silah qaçaqmalçılığının qarşısını alacaq koordinasiya mərkəzi yaradılıb.
Telegram kanalımız