İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqları baş tuta bilər

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqları baş tuta bilər

Dünya

10 İyul 2023 13:33 805


Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları gözlənilir.

Yenisabah.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr danışıb.

İndiki durumda rəsmi Moskvanın başqa yerdə danışıqlara razılıq verməsi mümkün deyil: “Türkiyə hər iki tərəflə danışa bilən yeganə ölkədir. Bu, ehtimal edilən razılığın İstanbulda əldə olunmasına dair ehtimalı artırır”. pizza mizza

Mənbənin sözlərinə görə, rəsmi Ankara da Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik və ev sahibliyi etməyə isti yanaşır: “Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu prosesin Türkiyənin liderliyi ilə sürətli şəkildə baş tuta biləcəyinə işarədir”.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Rəsmi Ankara savaşın ilk günlərindən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır.

2022-ci il iyulun 22-də Türkiyənin və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında “Taxıl sazişi” imzalanıb. Bu razılığın nəticəsində indiyədək dünya ölkələrinə 312 milyon taxıl daşınıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Türkiyəyə səfər edib.

Avqust ayında isə Rusiya lideri V.Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!