Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum olub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə dünən axşam saatlarında olub. Maskalı şəxs kafeyə daxil olaraq odlu silahdan 4 nəfərə atəş açmağa başlayıb. Atəş nəticəsində 3 nəfər xəsarət alıb. Toyuqlu pizza
Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar ətrafdakı şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda cinayətkarın yaxalanması ilə bağlı əməliyyat keçirilir.
Telegram kanalımız