İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edildi - Fotolar

Sosial

30 Avqust 2020 16:00 1197


Bu gün İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Media, eləcə də İstanbul Azərbaycan Dostluq dərnəklərinin təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində 844 nəfərə, ümumilikdə isə 210 ailəyə maddi yardım edilib.

Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir. Dördpendirli pizza

Bu günədək qeyd edilən dərnəklərin birgə təşkilatçılığı ilə ümumilikdə mindən çox ailəyə yardım edilib. Bu ailələrin 39-u tənha analar, 18-i isə doğuşdan əlilliyi olan uşaqlı ailələrdir.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!