İstintaq Putinin məsləhətçisinin qızının ölümü ilə bağlı məlumat yaydı   - Detallar

saytların hazırlanması

Evə çatdırılma

İstintaq Putinin məsləhətçisinin qızının ölümü ilə bağlı məlumat yaydı - Detallar

Dünya

21 Avqust 2022 16:21 2177


Rusiya İstintaq Komitəsi Daria Duqinanın öldüyü hadisə ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, Daria Duqinanın öldüyü cinayət hadisəsi əvvəlcədən planlaşdırıldığı və sifarişlə hazırlandığı açıqlanıb.

“Əldə edilmiş məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırıldığını və sifarişli olduğunu hesab edir”, – məlumatda deyilir. pizza mizza

Məlumata görə, hazırda Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə müstəntiqlər hadisə yerinə baxış keçirməyi davam etdirirlər.

Həmçinin, partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə yanmış avtomobilə baxış keçirilib və daha sonra nəqliyyat vasitəsi xüsusi dayanacağa təxliyə edilib.

İstintaq orqanlarının məlumatına görə, şənbə günü axşam Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində jurnalist və politoloq Daria Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!