İsveç Türkiyəyə silah satışını bərpa etdi

İsveç Türkiyəyə silah satışını bərpa etdi

Dünya Veb saytların hazırlanması

30 Sentyabr 2022 17:09 813


İsveçin Strateji Mallar Müfəttişliyi Türkiyəyə silah ixracı üçün icazələrin verilməsini bərpa edib.

Yenisabah.az xəbər verir ki, silah ixracına qoyulan qadağanın aradan qaldırılması Ankaranın İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üçün irəli sürdüyü şərtlərdən biri idi.

İsveç və Finlandiya 2019-cu ildə Türkiyənin Suriyada kürd YPG-yə qarşı keçirdiyi əməliyyata görə qadağa qoyub. Ankara hesab edir ki, bu yarımhərbi birləşmə Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası ilə bağlıdır.

Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizələr təqdim edib, iyulun 5-də isə alyansın Brüsseldəki mənzil-qərargahında onların bloka daxil olması ilə bağlı protokollar imzalanıb.

Finlandiya və İsveçin NATO-ya qoşulması üçün alyansın 30 üzvünün hamısının üzvlük protokollarının ratifikasiyası tələb olunur. Şimal ölkələrinin planlarına yalnız Türkiyənin müəyyən müqaviməti var.

İyunun 28-də NATO sammitində imzalanan anlaşma memorandumunda Türkiyə Finlandiya və İsveçin terrorla birgə mübarizə vədini təsdiqlədikdən sonra Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq müraciətini hələ də dəstəkləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!