İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək

Dünya

08 Dekabr 2021 18:40 699


İtaliyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş anım mərasimləri keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov tədbirlərdə iştirak etmək üçün dekabrın 9-da Milan şəhərinə səfər edəcək.

Neapol-Bakı Assosiasiyası tərəfindən keçiriləcək tədbirlər çərçivəsində ulu öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlərindən bəhs ediləcək, ulu öndərlə bağlı xatirələr səsləndiriləcək. pizza sifarişi

Səfər dekabrın 13-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!